Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Kukla Teatrında 36-cı teatr mövsümünün açılış mərasimi keçirilib

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının 36-cı teatr mövsümünün açılışı münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə teatrın bədii rəhbəri-direktor Səyyad Məmmədov açaraq qeyd edib ki, bu günədək Kukla Teatrında çox sayda tamaşa hazırlanıb.Cari ildə yeni layihələrlə tamaşaçıların qarşısına çıxan teatr kollektivi marionetka üsulu ilə tamaşalar hazırlayıb.
Zəngin tarixi inkişaf dövrü keçmiş Naxçıvan teatrının müstəqillik illərində yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilib. Bu illərdə Naxçıvan Dövlət Kukla Teatrı Azərbaycanda və müxtəlif xarici səfərlərdə öz tamaşaları ilə teatrsevərlərin rəğbətini qazanıb. Teatr repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrindən, dünya klassiklərinin əsərlərindən ,xalq nağıllarından tamaşalar hazırlayır.
Sonra Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında marionetka üsulunda hazırlanmış eyni adlı tamaşası nümayiş olunub.
Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.