Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Layihə idarəetmə qrupunun növbəti iclası keçirilib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027 – ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı nəzərdə tutulan layihələrin planlaşdırılması,müəyyən büdcəyə və vaxt cədvəlinə uyğun olaraq uğurla həyata keçirilməsi, investisiya qoyuluşu üzrə icra ediləcək layihələrin icrasının sürətləndirilməsi,  eyni zamanda zəruri sahələr üzrə islahatların həyata keçirilməsi məqsədi ilə işçi qrupunun iclası keçirilib.
İclasda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2023-2024-cü illərdə həyata keçirilən layihələrin icrası, 2025-ci il üçün nəzərdə tutulan satınalma planının təsdiqi, görüləcək işlər və tələbatın formalaşdırılması, büdcə planlaşdırılması və resursların bölgüsü məsələləri müzakirə olunub.
Layihələrin məqsədləri, tələbləri və gözləntilərinin müəyyən edilməsi, plana uyğun olaraq tapşırıqların icrası, layihə büdcəsinin izlənməsi və maliyyə resurslarının effektiv şəkildə idarə olunmasının diqqətdə saxlanılması ilə bağlı işçi qrupuna tapşırıqlar verilib.