Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər çərçivəsində mədəniyyət müəssisələri tanış olublar
Mayın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
Səfər çərçivəsində Naxçıvanın zəngin tarixi-mədəni irsi və unikal memarlıq abidələri ilə yaxından tanışlıq olub.
Səfər zamanı qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək dahi şəxsiyyətin həyat yolunu, siyasi irsini və dövlətçilik fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olublar.
Daha sonra Naxçıvanın memarlıq incilərindən olan Möminə Xatun türbəsi və Naxçıvan Xan Sarayı ziyarət edilib, “Əcəmi” seyrəngahında yerləşən açıq səma altındakı muzeyin eksponatlarına baxış keçirilib, xanlıqlar dövrünə aid zəngin maddi-mədəni irs nümunələri ilə tanışlıq olub.