Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

"Mədəni irs" intellektual oyunu keçirilib

30 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə klub müəssisələrinin gənc əməkdaşları arasında "Mədəni irs" adlı intellektual oyun keçirilib.
Tədbiri giriş sözü ilə açan Nazirliyin əməkdaşı Şəfəq Əhmədova oyunun keçirilməsində əsas məqsədin gənclərin milli-mənəvi dəyərlərimizin təbliği işində fəallığının artırılması, klub işi sahəsində istedadlı gənclərin aşkar edilməsi, həmçinin onların asudə vaxtının səmərəli təşkili və intellektual səviyyələrinin yüksəldilməsi olduğunu vurğulayıb.
İki turdan ibarət olan yarışda ümumilikdə 8 komanda iştirak edib. Final mərhələsində 5 komanda mübarizəni davam etdirib.
Nəticələrə əsasən, Ordubad Rayon Mədəniyyət Sarayının "Zəngəzur" komandası I, Culfa Rayon Mədəniyyət Sarayının "Əlincəqala" komandası II, Kəngərli Rayon Mədəniyyət Sarayının "Dəmir yumruq" komandası isə III yerə layiq görülüb. Qaliblər diplomlarla, Sədərək Rayon Mədəniyyət Sarayının "Qeyrət qalası" komandası isə fəal iştirakına görə Fəxri fərmanla təltif olunub.