Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Mədəni sərvətlər — gücləndirilmiş dövlət mühafizəsi altında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün imzaladığı qanuna əsasən, 2026-cı il fevralın 1-dən etibarən ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti ciddi şəkildə sərtləşdirən yeni qaydalar qüvvəyə minir.
Söhbət tarixi abidələrdən, qədim tikililərdən, arxeoloji tapıntılardan, muzey eksponatlarından — dövlət tərəfindən qorunan bütün mədəni dəyərlərdən gedir.
Abidələrin zədələnməsinə və korlanmasına görə ciddi məsuliyyət nəzərdə tutulur
Abidəni zədələmisənsə və ya qismən yararsız hala salmısansa— məsuliyyət daşıyırsan
Bu artıq “xırda pozuntu” sayılmır, bu ağır hüquqi məsuliyyətə, hətta bəzi hallarda azadlıqdan məhrumetməyə də gətirib çıxara bilər.
Mədəni irsə ehtiyatsızlıqla vurulan zərər də hüquqi məsuliyyət yaradır
Mədəni sərvətlərin qorunması, tədqiqi və istifadəsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə səbəb olursa bu artıq cinayət əməlidir.
 Mədəni sərvətlərin ətrafında tikinti və bərpa işlərinə məhdudiyyətlər tətbiq olunur.
Mədəni sərvətlərin ətrafında aparılan onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin müvafiq qurumlarla razılaşdırılmadan həyata keçirilə bilməz.
 Mədəniyyət obyekti aşkar etmisinizsə dərhal dövlət orqanlarını məlumatlandırın.
İnşaat və digər təsərrüfat işləri görülərkən tarixi və ya mədəni əhəmiyyətli obyekt aşkar edildikdə, işlər dərhal dayandırılmalı və bu barədə dövlət orqanlarına məlumat verilməlidir. Tapıntıları gizlətmək və ya mənimsəmək qadağandır.
Mədəni sərvətlərlə bağlı cərimələrin məbləği artırılıb.
Mədəni sərvətlər üzrə tətbiq olunan inzibati tənbeh və cəza növü kimi cərimələr aşağıdakı hədlərdə müəyyən edilib:
Cinayət əməllərinin ayrı-ayrı növlərinə görə fiziki və hüquqi şəxslər barəsində cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən beş mislinədək miqdarda cərimə tətbiq edilir.