Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

“Mədəniyyət – keçmişin sədası, gələcəyin əmanəti” adlı diskussiya keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Babək Rayon Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Dünya İncəsənət Gününə həsr olunmuş diskussiya keçirilib.
“Mədəniyyət – keçmişin sədası, gələcəyin əmanəti” adlı diskussiyada Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov çıxış edərək bildirib ki, 2019-cu ilin 12 – 27 noyabr tarixlərində UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında 15 aprel tarixi Dünya İncəsənət Günü kimi təsis edilib. UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır.
Vurğulanıb ki, Azərbaycan incəsənəti də dünya mədəniyyətinin tərkib hissəsidir. Belə ki, xalqımız ən qədim zamanlardan bu günə kimi istər folklor nümunələri, istərsə də yazılı incəsənət abidələri ilə bəşər mədəniyyətinə misilsiz töhfələr verib.
Sonra mövzu ilə bağlı Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri S. Rəhimovanın, metodisti T. Məmmədlinin, Babək Rayon Uşaq Musiqi Məktəbinin direktoru R. Hacıyevin, Məktəbin müəllimlərindən S. Məmmədovun və G. Əhmədovanın, iştirakı ilə müzakirələr aparılıb, diskussiya iştirakçılarının sualları cavablandırılıb.