Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.
Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.
Heydər Əliyev
Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.
Heydər Əliyev
Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
Heydər Əliyev
Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.
Heydər Əliyev
Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.
Heydər Əliyev
Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.
Heydər Əliyev
Mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün elan olunmuş müsabiqənin müsahibə mərhələsi başlayıb
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün 03 fevral 2026-cı il tarixdə elan olunmuş müsabiqənin müsahibə mərhələsi başlayıb. Müsahibə 04 mart - 13 mart 2026-cı il tarixləri arasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yerləşdiyi inzibati binada keçiriləcək. Müsahibə mərhələsidə, ümumilikdə 316 nəfərin iştirakı nəzərdə tutulub.
Müsabiqə mərhələsində 20 dəqiqə ərzində namizədlərin peşəkarlıq qabiliyyətləri, şəxsi keyfiyyətləri və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq komissiya tərəfindən yoxlanılır. Komissiya müsahibə zamanı namizədləri müvafiq meyarlar əsasında 5 ballıq sistem əsasında qiymətləndirilir. Namizədlər meyarlar üzrə ortalama 3 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılır.
Müsabiqənin nəticəsi barədə məlumat müsahibənin keçirildiyi gündən 1 iş günü müddətində Nazirliyin rəsmi səhifəsində (nculture.gov.az) paylaşılacaq. Namizədlər imtahana gələrkən şəxsiyyət vəsiqələrini, dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali (orta ixtisas) təhsili müəssisəsini bitirmə haqqında sənədi özləri ilə birlikdə gətirməlidirlər. Namizədlər imtahanın keçiriləcəyi binaya qrafikdə qeyd olunan vaxtdan ən azı 30 dəqiqə əvvəl gəlməlidir.