Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün 29 yanvar 2024-cü il tarixdə elan olunmuş müsabiqənin müsahibə mərhələsi başlayır. Müsahibə 23-30 aprel 2024-cü il tarixləri arasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin inzibati binasında keçiriləcək.
Müsabiqə mərhələsində 20 dəqiqə ərzində namizədlərin peşəkarlıq qabiliyyətləri, şəxsi keyfiyyətləri və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq komissiya tərəfindən yoxlanılır. Komissiya müsahibə zamanı namizədləri müvafiq meyarlar əsasında 5 ballıq sistem əsasında qiymətləndirilir. Namizədlər meyarlar üzrə ortalama 3 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılır.
Müsabiqənin nəticəsi barədə məlumat müsahibənin keçirildiyi gündən 1 iş günü müddətində Nazirliyin rəsmi səhifəsində (nculture.gov.az) paylaşılacaq. Namizədlər imtahana gələrkən şəxsiyyət vəsiqələrini, dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali (orta ixtisas) təhsili müəssisəsini bitirmə haqqında sənədi özləri ilə birlikdə gətirməlidirlər.
Müsahibədə iştirak edəcək namizədlər müsahibə qrafiki ilə https://nculture.gov.az/i-s-q-bul linki vasitəsilə tanış ola bilərlər:
Namizədlər, həmçinin qeyd olunan linkə Nazirliyin saytı və İnstagram səhifəsinin status bölməsindən də daxil ola bilərlər.
Qeyd edək ki, müsabiqəyə sənəd qəbulu 29 yanvar 2024-cü il tarixdən 19 fevral 2024-cü il tarixinədək həyata keçirilib.Müsabiqə sənədlərin qəbulu və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.