Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Mədəniyyət müəssisələrinin əməkdaşları üçün əməyin mühafizəsi təlimi keçirilib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən işçilərin bilik və bacarıqlarının artırılması, onların potensial imkanlarının üzə çıxarılması və həmin şəxslərin peşəkarlıq və bacarıqlarının artırılması daim diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin və “Əməyin mühafizəsi” publik hüquqi şəxsi Naxçıvan filialının birgə təşkilatçılığı ilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbər şəxsləri üçün əməyin mühafizəsi mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlim Naxçıvan Dövlət Film Fondunda baş tutub və ümumilikdə 49 iştirakçını əhatə edib. Görüşdə əməyin mühafizəsinin qanunvericilik bazası, təhlükəsizlik qaydaları və iş mühitində mövcud ola biləcək potensial risklərin aradan qaldırılması istiqamətində geniş müzakirələr aparılıb.
Qarşılıqlı diskussiya şəraitində baş tutan təlimin sonunda iştirakçılar ünvanladıqları suallara daha ətraflı cavab alıb və gündəlik fəaliyyətlərində əməyin mühafizəsi qaydalarına əməl etməyin işçilərin sağlamlığı və təhlükəsizliyi üçün vacibliyini qeyd olunub.