İyunun 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təkilatçılığı ilə Nazirliyin tabeli müəssisələrinin rəhbərləri və əməkdaşları üçün maarifləndirici tədbir keçirilib.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təşkil edilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini Həsən Kərimov açıb.
Sonra Agentliyin direktoru Elnur İbrahimov icbari tibbi sığortanın əhalinin sosial müdafiəsinin gücləndirilməsində və əhalinin səhiyyə xidmətlərinə əlçatanlığına təsirindən danışıb. Vurğulanıb ki, ölkəmizdə səhiyyə sisteminin inkişafı, tibbi sığorta siteminin təqbiqi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd olunub ki, ölkəmizin bütün bölgələrində tədbiq olunan icbari tibbi sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edir, səhiyyə sistemində şəffaflığın və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına təsir göstərir.Vətəndaşlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki 21 tibb müəssisəsində xidmətlər zərfi ilə müəyyən olunan 2550 adda tibbi xidmətdən ödənişsiz olaraq istifadə etmək hüququna malikdirlər. 6 iyun tarixdən vətəndaşlar ambulator tibbi xidmət üçün tibb müəssisələrinə tibbi xidmətə göndəriş vərəqəsi almadan yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər.
Sonra Agentliyin əməkdaşı Nazəni Rüstəmli icbari tibbi sığortadan istifadə qaydaları haqqında ətraflı məlumat verib.
Ulu öndərin ölkəmizdə səhiyyənin inkişafı sahəsində müstəsna xidmətlərinə işıq tutan filmə baxılıb.
Sonda Agentliyin direktoru Elnur İbrahimov iştirakçıların suallarını cavablandırıb.