Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Mədəniyyət naziri Adil Kərimli ICESCO Baş Konfransının 15-ci sessiyasında çıxış edib

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti 13-14 may tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir. 
Sessiyada çıxış edən Adil Kərimli əvvəlcə yenidən ICESCO-nun baş direktoru vəzifəsinə seçilən Salim bin Məhəmməd əl-Malikə ölkəmiz adından təbriklərini çatdırıb, fəaliyyətində uğurlar arzulayıb.
Bildirib ki, Prezident İlham Əliyev Azərbaycan-ICESCO əməkdaşlığını yüksək qiymətləndirir və təşkilatla əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verir.
Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üçün "İslam Dünyasının Mədəniyyət Paytaxtı" elan olunması, Ağdamın "İmarət" Kompleksi və Şuşa Şəhər Dövlət Qoruğunun ötən il ICESCO-nun İslam Dünyasının İrs Siyahısına daxil edilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərimizə
ICESCO tərəfindən həyata keçirilən beynəlxalq texniki missiyalar sıx əməkdaşlığın bariz nümunəsidir.
"Biz ICESCO-nun müvafiq sahədə təcrübəsinin İslam dünyasının digər münaqişələrdən təsirlənmiş ərazilərində tətbiq etməyin əhəmiyyətli olduğuna inanırıq. Münaqişə zamanı zərər görmüş maddi və qeyri-maddi mədəni irsin bərpası və bu istiqamətdə bir yol xəritəsi, hərtərəfli konsepsiya hazırlamaq üçün ICESCO və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edirik. ICESCO da daxil olmaqla beynəlxalq tərəfdaşlarımızla birlikdə bu mövzu ilə bağlı xüsusi sessiya keçirməyi və gələn həftə Bakıda təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində bir təhlükəsizlik modeli təqdim etməyi planlaşdırırıq", - deyə nazir bildirib.
ICESCO-nun Bakıda Regional Ofisinin açılmasını Azərbaycanın regional tərəfdaşlar Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanla daha sıx əlaqə qurmasına imkan verən çox vacib addım kimi dəyərləndirən Adil Kərimli qeyd edib ki, Regional Ofis İslam dünyası üçün strateji əhəmiyyətə malik bu bölgədə təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi üçün işçi platforma rolunu oynayır. 
Nazir çıxışında Heydər Əliyev Fondu və ICESCO-nun birgə təsis etdiyi “Natəvan Mədəni İrs Mükafatı” haqqında da söz açıb. Deyib ki, bu mükafat mədəni dialoq üçün möhkəm təməl və yeni imkanlar yaradır. 
Adil Kərimli ICESCO-nun 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan "Bakı Prosesi"nin əsas tərəfdaşlarından olduğunu bildirib, tədbir iştirakçılarını bu platforma çərçivəsində cari ilin 27-29 oktyabr tarixlərində Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.