Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqı Komitəsi ilə Naxçıvan Dövlət Milli Dram Teatrı və Naxçıvan Dövlət Kukla Teatrı arasında teatr tamaşalarına baxışın təşkili ilə bağlı müqavilələr imzalanıb.
Müqavilələrə əsasən, nazirlik sistemində fəaliyyət göstərən əməkdaşlar fərdi tələbata uyğun olaraq elektron qaydada qeydiyyatdan keçməklə hər iki teatrın repertuarında yer alan tamaşaları izləyə biləcəklər. Ödəniş Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən qarşılanacaq.