Mədəniyyət Nazirliyi tərəfindən "Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlər davam edir
Ordubad Rayon Mədəniyyət Sarayında" Konstitusiya və Suverenlik ili"nə həsr edilmiş Ordubad Şəhər İncəsənət Məktəbinin Fortepiano ixtisası üzrə müəllimi Qumral Seyidovanın “Bir səhnə, min duyğu” adlı sinif konserti keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zülfiyyə Seyidova Fortepiano ixtisası üzrə müəllim Qumral Seyidovanın fəaliyyəti və qazandığı uğurlar barədə məlumat verib.
Konsertdə səslənən bir-birindən gözəl ifalar, rəngarəng musiqi nömrələri iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sonda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı İmamqulu Əhmədov , Culfa Regional Mədəniyyət İdarəsinin müdiri Azər Məmmədov çıxış edərək konsertdə uğurla çıxış edən Qumral Seyidova və onun şagirdlərinə, eləcə də məktəbin bütün kollektivinə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.