Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Mədəniyyət Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının 2025 – ci il üçün iş planına əsasən Nazirliyə tabe və sisteminə daxil olan müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib.
Kollegiyada Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov 2025-ci il ərzində muzeylərdə görülən işləri təhlil edib.
Nazirliyin Mədəniyyət və mədəni irs şöbəsinin baş məsləhətçisi Qumral Əsədova muzeylərdə aparılan yoxlamaların nəticəsi barədə geniş məlumat verib.
Bildirilib ki, yoxlamalar nəticəsində ciddi nöqsan aşkarlanmayıb.
Kollegiya iştirakçıları tərəfindən kollegiya arayışında qeyd olunan məsələlər müzakirə olunub.
Sonda çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib.