Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Mədəniyyət Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki uşaq musiqi məktəblərinin fəaliyyəti barədə kollegiya iclası keçirilib.

Mədəniyyət nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icra edən Həsən Seyidov diqqətə çatdırıb ki, Nazirliyin müvafiq əmri ilə yoxlama komissiyası yaradılıb. Sözügedən komissiya qeyd olunan musiqi məktəblərində bir sıra yoxlamalar keçirmiş, məktəblərin fəaliyyəti ilə bağlı akt tərtib etmişdir.

İclasda müvafiq arayış diqqətə çatdırılıb, qeyd olunan məsələlər müzakirə olunub və müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib.