Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Mədəniyyət Nazirliyində konfrans keçirilib

Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin müəllimlərinin 1-ci konfransı keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov musiqi təhsili müəssisələrinin fəaliyyət göstəriciləri üzrə 5 illik analitik təhlili və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin kollegiya Qərarına əsasən təsdiq edilmiş İncəsənət məktəb və mərkəzlərinin Nümunəvi Əsasnaməsi, Təlimat və Təris planı ilə bağlı konfrans iştirakçılarını məlumatlandırıb.
Nazirliyin Aparat rəhbəri Kamandar Ələkbərov ölkədə tədbiq olunan musiqi təhsili müəssisələrinin təhsilverənlərinin attestasiya məsələsi ilə bağlı çıxış edərək 2026-cı ildə keçiriləcək attestasiyanın şərtləri və zəruri hazırlıq məsələləri barədə danışıb.
Sonra Nazirlik aparatının əməkdaşı Həcərxanım Məmmədova 2025-2026-cı tədris ilindən tətbiq olunacaq İncəsənət Məktəblərinin Elektron Məlumat Sisteminin (İMES) istifadə qaydaları və nəzarət mexanizmi haqqında ətraflı məlumat verib.
Sonda konfransın müzakirəsində olan məsələlərlə bağlı müəllimlərin sualları cavablandırılıb.