Dekabrın 22-də Naxçıvan şəhərində "Luna" kafedə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri üçün “Retro musiqilər" adlı tədbir keçirilib. Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının kollektivi çıxış edib. Gənclər Təşkilatının üzvü, Şərur Rayon Mədəniyyət Sarayının əməkdaşı Osman İsmayılovun ifa etdiyi "To ra ke didam" musiqisi və digər ifalar gənclərə xoş əhval-ruhiyyə bəxş edib.
Tədbirin sonunda Gənclər Təşkilatının üzvü C. Məmmədquluzadənin Ev Muzeyinin əməkdaşı Aygün Musayeva ənənəyə uyğun olaraq gənclərlə iş sahəsindəki fəallığına görə dekabr ayının qalibi seçilib.
Aygün Musayevanın timsalında mədəniyyətimizin inkişafı və təbliği sahəsində əməyi olan bütün gənclərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.