Mədəniyyət Nazirliyinin kollektivi sərgi-satış yarmarkası ilə tanış olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov, Nazirlik Aparatı və tabe müəssisələrin əməkdaşları sərgi-satış yarmarkasında nümayiş olunan sənət nümunələrinə baxıb.
Sərgidə olan dekorativ tətbiqi sənət nümunələri, rəsm əsərləri və digər əl işləri mədəniyyət işçilərinin böyük marağına səbəb olub.
“Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində keçirilən sərgi-satış yarmarkasına 300-dən artıq müəllifin 10 mindən artıq əl işi çıxarılıb.
Qeyd edək ki, sərgi-satış yarmarkası Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.