Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
Mayın 10-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov, Nazirliyin Aparatının əməkdaşları və tabe müəssisələrin rəhbərləri müstəqil Azərbaycanın memarı və görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması və ölkəmizin mədəni həyatının zənginləşdirilməsi istiqamətində göstərdiyi əvəzsiz xidmətlər minnətdarlıqla anılıb.
Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Muzeydə nümayiş etdirilən eksponatlarla tanışlıq zamanı Ulu Öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyəti, eləcə də həyatının Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.