
Nəticələr namizədlərin qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabinetləri, elektron poçt ünvanları və SMS bildiriş vasitəsilə təqdim edilib.
Qəbul müsabiqəsinin əyani imtahan mərhələsində topladıqları ballardan narazı qalan namizədlər 3 iş günü ərzində qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabineti üzərindən apellyasiya müraciəti edə bilərlər. Apellyasiya müraciətlərinə 10 iş günü ərzində baxılacaq.
Qeyd edək ki, apellyasiya müraciətlərinin baxılması yekunlaşdıqdan sonra növbəti mərhələ — ixtisas və məktəb seçiminin aparılmasına başlanılacaq.