Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

"Mədəniyyət səndən başlayır" teleradio layihəsinə start verilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə “Naxçıvan Televiziyası” QSC-nin birgə təşəbbüsü əsasında Naxçıvan teleradiosunda 2026-cı ilin noyabr ayından etibarən "Mədəniyyət səndən başlayır" ictimai-mədəni maarifləndirmə layihəsi həyata keçirilir. 

Layihənin məqsədi yalnız mədəniyyət haqqında danışmaq deyil, daha çox insanları konkret davranışlara - tarixi abidələri qorumağa, kitab oxumağa, muzeylərə getməyə, dilimizi və milli musiqimizi sevməyə təşviq etməkdir. 

Layihə radio üçün iki istiqamətdə icra olunacaq. Birincisi, radioda reklam fasilələrində səslənən qısa və yadda qalan çağırışlardır. Bunlar tarixi-mədəni irs, ədəbiyyat, muzey, kino, musiqi, teatr, dil, incəsənət və mədəni turizm kimi mövzuları əhatə edir: "Gəlin, abidələrimizi qoruyaq!", "Gəlin, hər gün heç olmasa 10 səhifə kitab oxuyaq!", "Gəlin, ana dilimizin saflığını qoruyaq!". İkincisi isə həftədə iki dəfə yayımlanacaq radio proqramıdır. Proqramın "Bir abidənin hekayəsi", "Kitabın ömrü", "Muzeydə bir gün", "Bizim kino", "Səhnədən səslər", "Unudulan adətlər", "Diyarımızı tanıyaq", "Bir sual, bir cavab", "Həftənin mədəni hadisəsi" kimi rubrikaları nəzərdə tutulub.

“Mədəniyyət səndən başlayır” ictimai-mədəni maarifləndirmə layihəsi çərçivəsində Naxçıvan televiziyasında isə "Daş evlər" və "Kitablardan pıçıltılar" verilişləri tamaşaçılara təqdim olunacaq.