Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Mədrəsə” tarix-memarlıq abidəsinin yenidən bərpası və konservasiyası məsələlərinə həsr olunmuş geniş müzakirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və AMEA Naxçıvan Bölməsi tərəfindən Ordubad şəhərində yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsinə həsr olunmuş geniş müzakirə keçirilib.
Tədbirdə abidənin mövcud vəziyyəti, tarixi əhəmiyyəti və gələcək qorunma perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Müzakirələrdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində Naxçıvan Muxtar Respublikasında tarix-memarlıq abidələrinin qorunması, bərpası və konservasiyası istiqamətində sistemli və məqsədyönlü işlər həyata keçirilir. O vurğulayıb ki, bu fəaliyyətlər Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş strateji sənədlər çərçivəsində daha da sürətləndirilib.
Həsən Seyidov çıxışında xüsusi olaraq Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli 3910 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edib. Bildirib ki, proqramda nəzərdə tutulan tədbirlər nəticəsində muxtar respublika ərazisində yerləşən çoxsaylı tarix-memarlıq abidələrinin bərpası istiqamətində ciddi irəliləyişlər əldə olunub.
Nazir müavini Ordubad Tarix-Memarlıq Qoruğu haqqında da məlumat verib. Bildirib ki, bu qoruq regionun ən mühüm mədəni irs obyektlərindən biridir. Qoruq ərazisində aparılan kompleks bərpa və konservasiya işləri həm milli irsin qorunması, həm də beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Vurğulanıb ki, 2026-cı ildə qoruğun ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi mühüm nailiyyətlərdən biridir. Bununla yanaşı, hələ 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilməsinin də bu abidənin beynəlxalq əhəmiyyətini bir daha təsdiqlədiyini vurğulayıb.
Tədbir çərçivəsində Həsən Seyidov “Mədrəsə” tarix-memarlıq abidəsinin mövcud vəziyyətini əks etdirən slayd təqdimatı ilə çıxış edib.