
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının təşkilatçılığı ilə aprelin 5-də dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş tədbir baş tutub. Tədbirdə çıxış edənlər şairin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yerindən danışıblar. Qeyd olunbub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamında da vurğulanır ki, Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır.
Çıxışların ardından şairin qəzələrinə bəstələnmiş musiqi nömrələri təqdim edilib,qəzəlləri bədii qiraət olunub.
