Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Əməkdar artist beynəlxalq teatr şənliyinə qatılıb

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət  Milli Dram Teatrının direktor müavini , Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşiyev 9-cu Beynəlxalq Dionis Teatr Şənliyi  və Təlim Düşərgəsində iştirak edib. 9 ildir ki teatr sahəsi üzrə mütəxəssis, aktyor, pedaqoq, rejissor  Rasim Aşın tərəfindən  Türkiyənin Manisa rayonunun  Sart-Sardes qəsəbəsində təşkil edilərək keçirilən  şənliyə Türkiyə ilə yanaşı Azərbaycandan və İrandan da mütəxəssislər, sənət adamları, pedaqoqlar, teatr kollektivləri, peşəkar və həvəskar aktyorlar qatılıb. Azərbaycan teatrını burada təmsil edən Səməd Canbaxşiyev  Daş səhnədə və qədim Artemis məbədinin qalıqları arasındakı meydanda tamaşaçılar önündə çıxış edib. Qədim türk aktyor sənətinin meydan tamaşasının nümunəsi olan məddah üslubunda hazırladığı oyunda  Azərbaycan-Türkiyə teatrlarının arasında münasibətlər, oxşar və fərqli cəhətlər, Naxçıvanın muxtariyyətinin əldə olunmasında  100 il əvvəl   Azərbaycanın ozamanki  rəhbərliyi, siyasi xadimləri ilə  yanaşı Mustafa Kamal Atatürkün və türkiyəli  diplomatların gördüyü işlər, Kazım Qarabəkir Paşanın Naxçıvan teatrı ilə əlaqələrindən danışıb.  Əməkdar artist, həmçinin V. Hüqonun “Edama məhkumun son günü” əsəri əsasında Naxçıvan  teatrında Mir Qabil Əkbərovun  quruluş verdiyi tamaşadan bir hissəni də geniş auditoriyaya təqdim edib.  Ayaq üstə alqışlanan oyun iştirakçıların sosial şəbəkə hesabları üzərindən geniş şəkildə yayımlanıb. Sonda Səməd Canbaxşiyevə təşəkkürnamə təqdim edilib. Bundan başqa, Səməd Canbaxşiyev türkiyəli teatr mütəxəssislərin təşkil etdiyi “Ssenari yazma ustalığı”, “Absurd teatr nədir?”, “Aktyor oyununda yaşama və göstərmə”, “Məddah oyununda ustalıq”, “Teatrda səs və işıq” və başqa mövzularda təlimlərə də qatılıb.  

Qeyd edək ki, teatrın ilk dəfə məhz bu yerlərdə, qədim Lidiyanın paytaxtı olan  Sart-Sardesdə yarandığı araşdırmaçılar tərəfindən isbatlanıb. Burada olan Artemis  məbədinin qalıqları, qədim Gimnazium binası, yeni aşkar edilən nəhəng amfiteatr qalıqları  və bir çox tarixi abidələr məkanın bir zamanlar  sivilizasiya və sənət mərkəzi olduğunu göstərir. Ona görə də hər il Sart-Srdesdə  qədim dövrlərdə incəsənət, bolluq, xaos və şərab tanrısı sayılan Dionisin şərəfində teatr şənliyi keçirilir. “Çadırını al və gəl” prinsipi ilə keçirilən teatr təlimi və yaradıcılıq şənliyi ictimaiyyət tərəfindən maraqla qarşılanır. Naxçıvan Dövlət Milli Teatrının kollektivi keçən il də bu tədbirə qatılaraq M.Ü. Görgülünün “Cibimizdəki dəilik” tamaşasını oynamışdı.