
Noyabrın 26-da Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Əməkdar rəssam Sabir Məmmədovun “Kukla və rənglər aləmi” adlı fərdi sərgisi keçirilib.
Sərginin açılışında Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva giriş sözü ilə çıxış edərək Sabir Məmmədovun həyat və yaradıcılığından bəhs edib, rəssamı fərdi sərgisi münasibətilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov rəssamı təbrik edib, yaradıcı şəxslərə göstərilən dövlət qayğısından söz açıb, sərginin əhəmiyyətini vurğulayaraq xoş arzularını çatdırıb.
Daha sonra Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov, Ali Məclisin deputatı Xəzəngül Orucova və Əməkdar rəssam Telman Abdinov çıxış edərək rəssamı təbrik edib, yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar.
Sabir Məmmədov tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Sərgidə rəssamın müxtəlif janr və texnikalarda yaratdığı 65 əsər – sulu boya nümunələri, kuklalar, dekorativ-tətbiqi sənət işləri, rəngkarlıq əsərləri və dəmir üzərində döymə nümunələri nümayiş olunub.
.jpeg)
.jpeg)
1.jpeg)