Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Konstitusiya və suverenlik ili” ilə bağlı tədbir keçirilib

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2025-ci ilin “Konstitusiya və suverenlik İli” elan edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət daşıyır. Bu il həmçinin, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsinin 30 ili, tarixi zəfərimizin 5 ili tamam olur. Azərbaycan Respublikasının Konstitusiyası çoxəsrlik ənənələrimizə söykənərək, milli dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edir və regionun təhlükəsizliyinə, inkişafına öz töhfəsini verir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçi-hüquqşünası Ülvi Vəliyev “Hüquqlarım və mən” adlı mövzu ilə çıxış edərək bildirib ki, istənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir. Hər bir hüquqi dövlətin Konstitusiyası bu təməl prinsipləri müəyyən edərək bir sıra mühüm hüquqi başlanğıcları özündə ehtiva edir. Konstitusiyada insan amili, vətəndaşların hüquqları, onların rifahının və təhlükəsizliyinin təmin edilməsi ön planda durur. Ən əsası isə konstitusiyamız müstəqil respublikamızın bugünkü yüksək və dinamik inkişaf səviyyəsinə gəlib çatmasını təmin edib.
Sonra mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb və “2025-ci il – Konstitusiya və suverenlik ilidir” adlı sərgiyə baxış olub.