Martın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib.
Sonra Milli Komissiyanın baş katibi, Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev Katibliyin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.
ICESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə çıxışında qısa müddətdə Regional Ofisin fəaliyyətinin tam formalaşdırıldığını deyib. Bildirib ki, bu prosesdə dövlət başçısının göstərişi ilə Mədəniyyət Nazirliyi tərəfindən ofisin fəaliyyətinə zəruri dəstək göstərilib.
Daha sonra Milli Komissiyanın 2026–2028-ci illərə dair Fəaliyyət planı müzakirə olunub, Komissiya üzvlərinin rəy və təklifləri dinlənilib.
Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, millət vəkili Soltan Məmmədov Fondla ICESCO arasında gələcək əməkdaşlıq barədə məlumat verib.
İclasda həmçinin Milli Komissiyanın veb-səhifəsinin təqdimatı olub.
Sonda birgə foto çəkdirilib.