Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

"Meyvələrin Söhbəti" Kompozisiyası uğurla keçirilib!

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Yayın sehrli səhifələri” layihəsinin ilk masterklassı olan, böyük Azərbaycan şairi Füzulinin “Meyvələrin Söhbəti” əsəri əsasında hazırlanmış səhnələşdirilmiş uşaq kompozisiyası tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı, “Yayın sehrli səhifələri” layihəsinin rəhbəri Aygün Heydərli layihənin məqsədindən və əhəmiyyətindən söz açıb. Sonra kitabxananın əməkdaşı Xədicə Hüseynova Füzulinin yaradıcılığı haqqında qısa və maarifləndirici təqdimatla çıxış edib.
Tədbirdə uşaqlar meyvələrin obrazlarını canlandıraraq sağlamlıq, birlik və dostluq haqqında mesajlar verdilər. Balacaların səhnə çıxışları həm bilik, həm də əyləncə dolu anlarla yadda qalıb. Tədbirin sonunda uşaqlar üçün təşkil olunmuş meyvə süfrəsi ətrafında əyləncəli istirahət anları yaşanıb.
Tədbirin sonunda kitabxananın direktoru çıxış edərək təşkilati dəstəyə görə gənc rəssam müəllim - Aytən Quliyevaya təşəkkürünü bildirib.