Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Milli hərb tariximizin təbliğ olunduğu məkan – Cəmşid Naxçıvanski Muzeyi” adlı tədbir keçirilib

Cəmşid Naxçıvanski Muzeyində muzeyin yaradılmasının 44-cü ildönümü ilə əlaqədar “Milli hərb tariximizin təbliğ olunduğu məkan – Cəmşid Naxçıvanski Muzeyi” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Abasət Nuriyev açaraq Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsində və muzeyinin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, muzeyin fəaliyyət istiqamətlərindən və Cəmşid Naxçıvanski Muzeyinə dövlət qayğısından bəhs edib.
Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli “Milli tariximizin və milli mədəniyyətimizin təbliğində muzeylərin rolu” mövzusunda çıxış edərək, muzeylərin tarixlə-gələcək arasında körpü olduğunu bildirmiş, həmçinin, insanların mədəni-estetik zövqünün formalaşmasında muzeylərin əhəmiyyətindən bəhs edib.
Cəmşid Naxçıvanski Muzeyinin baş elmi işçisi Səyyar Məmmədov “Naxçıvan xanlığı və Kəngərli tayfası” mövzusunda çıxış edərək söyləmişdir ki, milli hərb tariximizə 6 general bəxş etmiş Kəngərli nəslinin sonuncu generalı Cəmşid Naxçıvanski 3 fərqli sistemdə xidmət etməyinə baxmayaraq, milli-siyasi əqidəsinə daima sadiq qalmış, özünün və təmsil etdiyi xalqın ləyaqətini daima uca tutub. Generalın 1921-ci ildə yaratdığı ilk Azərbaycan milli diviziyası İkinci dünya müharibəsində Xəzər dənizi sahillərindən Baltik dənizi sahillərinədək şərəfli bir döyüş yolu keçib.
Cəmşid Naxçıvanski Muzeyinin baş fond mühafizəçisi, Naxçıvan MR-nın Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynova “Cəmşid Naxçıvanski Muzeyi 44 ildə” mövzusunda çıxış edərək, muzeyin 44 illik fəaliyyətinə işıq salmışdır.
Əməkdar mədəniyyət işçisi muzey haqqında maraqlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.