Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Möminə Xatın türbəsinin ilkin bərpa layihəsi hazırlanıb

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq Möminə Xatın Türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması məqsədilə müqavilə bağlanmış Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəri Erich Pummer və şirkətin Azərbaycan Respublikasındakı nümayəndəsi Çingiz Neyman-zadə ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində görüş keçirilib.
Görüşdə nazir müavini, nazir vəzifəsinin müvəqqəti icraçısı Həsən Seyidov və Nazirliyin aid sahə üzrə əməkdaşları iştirak ediblər.

Şirkətin rəhbərliyi tərəfindən sentyabrın sonlarında Möminə Xatın türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün keçirilmiş ilkin baxışa əsasən hazırlanmış planlar və məlumatlar çap və elektron versiyada təqdim edilib. Qeyd olunub ki, layihə barədə qısa hesabatda abidənin mövcud vəziyyəti əks olunub.

Həsən Seyidov bildirib ki, Möminə Xatın türbəsi UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə ilkin siyahısına daxildir və bərpası zamanı detallara xüsusilə diqqət yetirilməlidir.Bərpa zamanı abidənin tarixiliyi qorunub saxlanılmalıdır.
Şirkətin rəhbəri Erich Pumer abidənin ilkin formaya uyğun bərpa ediləcəyini və interyerinin tədqiq edilərək uyğun materialın müəyyənləşməli olduğunu diqqətə çatdırıb.Hər bir halda işin gedişi zamanı yerli alim və mütəxəssislərin də rəylərinin alınacağını qeyd edib.
Həmçinin bərpa layihəsindəki digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.