Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Möminə xatun türbəsində bərpa və konservasiya işləri davam edir

Naxçıvanda Möminə xatun türbəsi ərazisində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq ayrılmış vəsait hesabına aparılan bərpa və konservasiya işləri davam etdirilir. 
Hazırda türbə ətrafında metal konstruksiyalar  quraşdırılır. Bu işlərin aparılması üçün Avstriyanın "Tralsmauer Gerüstbau Gmbh" şirkətinin rəhbəri Mustafa Ərdoğan və şirkətin mütəxəssisləri Naxçıvana gəliblər.
Məlumat üçün bildirək ki,  ümumilikdə, bərpa və konservasiya işlərinin həyata keçirilməsi üçün Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti ilə müqavilə imzalanıb və ötən il şirkətin mütəxəssisləri Naxçıvana gələrək ərazidə ilkin infrastrukturun qurulmasına başlayıblar, ilkin mərhələdə ərazidə hasarlanma işləri aparılıb, kommunikasiya xətləri çəkilib, həmçinin qrunt sularının yaratdığı problemlərin araşdırılması istiqamətində texniki tədqiqatlar aparılıb.
Qeyd edək ki, 2026-cı ildə də Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası  Prezidentinin ehtiyat fondundan 9 milyon 566 min manat vəsait ayrılıb. 
Abidənin bərpası və konservasiyası ölkəmizdə elan edilən "Şəhərsalma və Memarlıq İli"ndə həyata keçirilən ən böyük və əhəmiyyətli layihələrdən biridir.