Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Möminə Xatun türbəsinin bərpası istiqamətində işlər davam edir

Azərbaycan milli memarlığının möhtəşəm abidəsi Möminə Xatun türbəsinin bərpası istiqamətində görülən işlərin davam etdirilməsi məqsədilə “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəriliyi və mütəxəssis heyəti Naxçıvana gəlib.

Hal-hazırda türbə ətrafında mövcud olan qruntların vəziyyətinin öyrənilməsi üçün geotexniki tədqiqatlar aparılır.

Mühəndis-geoloji quyuların qazılması nəticəsində zədələnmiş və zədələnməmiş torpaq nümunələri götürülərək laboratoriya sınaqlarından (qranulometrik tərkib, sıxlıq, rütubət, möhkəmlik həddi, konsolidasiya əmsalı) keçiriləcək. Nəticədə yeraltı suların səviyyəsi və xüsusiyyətləri müəyyənləşdiriləcək.

Şirkət tərəfindən tədqiqat nəticələrini və abidənin dayanıqlığını təmin etmək üzrə tövsiyyələri əks etdirən texniki hesabat hazırlanaraq Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə təqdim olunacaq.