Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Muzey bələdçilərinin hüquq və vəzifələrinə həsr olunmuş seminar keçirilib

İyulun 20-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılğı ilə muxtar respublikada fəaliyyət göstərən muzey, qoruq və muzeytipli müəssisələrin  bələdçiləri üçün “Muzey bələdçisinin hüquq və vəzifələri. Davranış və geyim etikasına verilən tələblər” mövzusunda keçirilən seminar Heydər Əliyev Muzeyində təşkil olunub.

Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Gülbuta Babayeva bildirib ki, muxtar respublikamızın əcnəbi qonaqların ən çox üz tutduğu məkanlardan birinə çevrilməsi muzey əməkdaşlarının qarşısına həm də yeni tələblər qoyur. 2015-ci ildən başlayaraq hər ay keçirilən seminar-treninqlər muzey işinin müxtəlif sahələrinə həsr olunmaqla, hərtərəfli, yüksək peşə biliklərinə malik muzey əməkdaşlarının hazırlanması işinə xidmət edir.

Sonra Nazirlik Aparatının baş məsləhətçisi Qumral Əsədovanın mövzu ilə bağlı çıxışı dinlənilib. Seminarda vurğulanıb ki, muzey bələdçisini şərtləndirən əsas amillər onun ilk növbədə ali təhsili olması, xarici görkəmi, səlis nitqi, əhatəli dünyagörüşü, intellektual səviyyəsi, etik davranış qaydaları, zərif duruş və kübar hərəkətləri, xüsusi geyim norması, auditoriyanı ələ almaq bacarığı və ən azı bir xarici dil bilməsidir. Bələdçi tutduğu vəzifənin aliliyini dərk etməli, xalqımızın milli-mənəvi dəyərlərini uca tutmalı, milli mentalitetimizə uyğun davranmalıdır. Bələdçilər muzeylərə üz tutan insanlarla səmimi ünsiyyət qurmağı, muzeylərdə qorunan və nümayiş etdirilən eksponatlar barədə dəqiq və ətraflı məlumat verməyi bacarmalıdırlar. Ekskursiya zamanı bələdçinin jestləri ifrat dərəcədə olmamalı, geyim normalarına ciddi riayət etməli, yaranan hər hansı bir vəziyyətdən ustalıqla çıxış yolu tapmalı, heç bir halda kobudluq etməməlidir.

Seminarın sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.

Muzeyin ekspozisiyasına baxış zamanı aparılmış ekskursiya geniş müzakirə edilib. Sonda bələdçinin hüquq və vəzifələri ilə bağlı tövsiyələr təqdim edilib.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

20.07.2023