Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Muzeylərdə növbəti seminar-treninq keçirilib

Sentyabrın 9-da Cəlil Məmmədquluzadə Ev-muzeyində  “Ziyarətçi psixologiyası və auditoriyanın idarə edilməsi metodları” mövzusunda seminar-treninq keçirilib. Seminar muzey əməkdaşlarının ziyarətçilərlə effektiv əlaqə qurmaq, bununla bağlı nəzəri və praktik biliklərini təkmilləşdirmək məqsədilə gerçəkləşib.

Tədbiri giriş sözü ilə Naxçıvan  Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparatının baş məsləhətçisi  Qumral Əsədova açaraq muzeylərdə ziyarətçi psixologiyası və auditoriyanın idarə edilməsinin mühüm əhəmiyyətindən danışıb.

Daha sonra Cəlil Məmmədquluzadə Ev-Muzeyinin direktoru Aytən Ələkbərovanın "Ekskursiya zamanı böhran və problemli situasiyaların idarə edilməsi" mövzusunda çıxışı dinlənilib. Çıxışda ziyarətçilərin davranış xüsusiyyətləri, auditoriyanın düzgün qiymətləndirilməsi, müxtəlif yaş və sosial qruplarla ünsiyyətin, eləcə də auditoriyanın idarə olunmasının əsas prinsipləri diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarının mövzu ilə əlaqədar sualları cavablandırılıb.