Muzeylərdə təcrübələr davam edir
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə tələbələrə təcrübələr keçirilir.
Təcrübə müddətində Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq , arxiv işi və abidələrin qorunması ixtisasının tələbələri Naxçıvan şəhərində yerləşən bir sıra muzeylərdə olublar.
Təcrübə zamanı yüksək muzey xidmətinin göstərilməsi , uçot mühafizə işinin aparılması qaydaları tələbələrin diqqətinə çatdırılıb
Əlavə olaraq muzeylərdə nümayiş olunan, xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən eksponatlar, Naxçıvan torpağının yetişdirdiyi görkəmli şəxsiyyətlər haqqında geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təcrübə aprel ayının 4-dək davam edəcək.