
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Ən aktiv oxucularımızı tanıyaq” layihəsi çərçivəsində növbəti fəal oxucu müəyyənləşib. Layihənin beşinci qalibi Şərur rayon Kərimbəyli kənd sakini Sultanlı Aysun Səbuhi qızı olub.
Noyabrın 23-də Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov Aysun Sultanlı ilə görüşüb. Görüşdə onun mütaliəyə marağı, kitab seçimi və oxu vərdişləri barədə söhbət aparılıb.
Aysun Sultanlıya Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı təqdim edilib, kitablar hədiyyə olunub. Həmçinin bildirilib ki, o, mövsüm ərzində Naxçıvanda keçirilən teatr tamaşalarında ailə üzvləri ilə birlikdə ödənişsiz iştirak etmək imkanı əldə edib.
.jpeg)
