Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Ən aktiv oxucularımızı tanıyaq” layihəsinin növbəti iştirakçısı ilə görüş olub

Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Fazil Məmmədov “Ən aktiv oxucularımızı tanıyaq” layihəsinin növbəti iştirakçısı, Naxçıvan şəhər sakini Qasımov Vidadi Əli oğlu ilə görüşüb, onu təbrik edib, layihənin məqsədi və əhəmiyyətini diqqətə çatdırıb.

Görüş zamanı Vidadi Qasımova Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı təqdim olunub və kitablar hədiyyə edilib. Həmçinin bildirilib ki, Vidadi Qasımov və ailə üzvləri mövsüm ərzində Naxçıvanda teatr tamaşalarında ödənişsiz iştirak etmək imkanı əldə ediblər.