Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Nəbi Xəzrinin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib

Dekabrın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Respublikasının Xalq şairi,ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini,nazir vəzifələrinin icraçısı Həsən Seyidov açaraq qeyd edib ki, Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Xalq şairi Nəbi Xəzrinin əsərləri oxucular tərəfindən həmişə sevilib. Onun əsərlərində Vətən sevgisi, Azərbaycan təbiətinə bağlılıq, incə lirik duyğuların tərənnümü aparıcı mövzulardan olub. Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr verib.

Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev tədbirdə çıxış edərək Xalq şairi ilə xatirələrindən bəhs etmiş,uşaqlığında Nəbi Xəzrinin əsərlərinin ilk oxucusu olduğu üçün qürur hissi duyduğunu dilə gətirmişdir.

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair, dramaturq Asim Yadigar çıxış edərək bildirib ki, Nəbi Xəzri özünəməxsusluğu ilə seçilən sənətkarlardandır. Onun dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyətihər zaman yüksək qiymətləndirilib.

Tədbirin bədii hissəsində Naçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konserti təqdim edilib.

Konsert proqramında Nəbi Xəzrinin sözlərinə yazılmış “Aslanım”, “Dərələr”, “Güllər”, “Qəlbimdə qaldın”, “Nə dedim” mahnıları Naxçıvan Dövlət Filarmoniyasının Solistləri - Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Xatirə Səfərova, Zamin Vəliyev, Habil Qasımov, Bəhruz Quliyev, Məhərrəm Quliyev tərəfindən ifa edilib.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışla qarşılanıb.