Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Nağıllar aləminə səyahət” adlı növbəti master-klass keçirilib

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Yayın sehrli səhifələri” layihəsi çərçivəsində növbəti yaradıcılıq yönümlü master-klass – “Nağıllar aləminə səyahət” adlı tədbir təşkil olunub.

Tədbirdə uşaqlar xalq ədəbiyyatının sevilən nümunələrindən biri olan “Turpun nağılı”nı səhnələşdiriblər, müxtəlif nağılları dinləyib nağıl qəhrəmanlarının rəsmlərini boyayıblar, eləcə də Azərbaycan nağıllarına əsaslanan cizgi filminə baxıblar. Maraqlı və interaktiv şəkildə təşkil edilən master-klass uşaqların yaradıcılıq bacarıqlarının inkişafına və milli-mənəvi dəyərlərin aşılanmasına xidmət edib.
 Tədbirdə layihənin rəhbəri, Mədəniyyət Nazirliyinin əməkdaşı Aygün Heydərli, kitabxana əməkdaşları, uşaqlar və onların valideynləri iştirak ediblər.
 Növbəti master-klassın mövzusu “Mənim sevimli peşəm” olacaq. Tədbirdə iştirak etmək istəyənlər üçün öncədən qeydiyyat vacibdir.

 Layihə müddəti: 01 iyul – 01 sentyabr 2025 

 Keçirilmə yeri: A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası
 Əlaqə nömrəsi: +994 36 545 48 03