Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.
Heydər Əliyev
Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.
Heydər Əliyev
Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.
Heydər Əliyev
Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
Heydər Əliyev
Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.
Heydər Əliyev
Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.
Heydər Əliyev
Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.
Heydər Əliyev
Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.
Heydər Əliyev
Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.
Heydər Əliyev
Aprelin 7-də Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Türkiyə Respublikasının Kayseri şəhərində “Şuşa Azərbaycan Evinin” açılış mərasimində konsert proqramı ilə çıxış edəcək.Yaradıcı heyət bu gün səhər yola düşüb. Kayseri şəhərinin Erciyes Mədəniyyət Mərkəzində baş tutacaq konsert proqramında xalq və bəstəkar mahnıları, rəqs nömrələri təqdim olunacaq.
Musiqili gecə C.Quliyevin “Azərbaycan-Türkiyə” əsəri ilə sona çatacaq.
Qeyd edək ki, 2022-ci ildə Şuşa şəhəri ilə Kayseri şəhəri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb. Konsert proqramı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Kayseri şəhəri Talas Bələdiyyəsinin və İqdir-Azərbaycan Evinin təşkilatçılığı ilə gerçəkləşir.