Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Dövlət Filarmoniyası tərəfindən bəzi yaradıcı vəzifələrə işə qəbul üçün elan edilmiş müsabiqənin nəticələri açıqlanıb

08 avqust 2025-ci il tarixdə Naxçıvan Dövlət Filarmoniyası tərəfindən bəzi yaradıcı vəzifələrə işə qəbul üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsi 25—27 avqust 2025-ci il tarixlərində keçirilib. 

Namizədlər Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin www.nculture.gov.az saytının işə qəbul bölməsinə daxil olaraq və ya Nazirliyin instagram səhifəsinin hekayə bölməsinə yerləşdirilmiş linkə keçid edərək imtahan nəticələri ilə tanış ola bilərlər.
Keçid linki: https://nculture.gov.az/9i-mtahan-n-ti-c-l-ri
Qeyd edək ki, müsahibə mərhələsində iştirak üçün 63 namizəd qeydiyyatdan keçib. Bunlardan 20 nəfər müsahibəni uğurla başa vurub, 30 namizəd vəzifəyə uyğun hesab olunmayıb, 13 namizəd isə müsahibələrdə iştirak etməyib.