Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Dövlət Filarmoniyası Türkiyədə konsert proqramı ilə çıxış edib

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Türkiyə Respublikasının İğdır şəhərində konsert proqramı ilə çıxış edib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və İğdır-Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutan konsert proqramı Iğdır Mədəniyyət Mərkəzində təşkil edilib.

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Həsən Seyidov, Iğdır valisi Ercan Turan, Türkiyənin Naxçıvandakı Baş Konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşı Gülçin Dünyamaliyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli və digər hökümət nümayəndələrinin iştirak etdiyi tədbir Türkiyə və Azərbaycan Himnlərinin səsləndirilməsi ilə başlayıb. 

Daha sonra çıxış edənlər tədbirin əhəmiyyətini vurğulayaraq Azərbaycan-Türkiyə qardaşlığının tarixi bağlarından bəhs edib, keçirilən tədbirin əhəmiyyətini diqqətə çatdırıblar.

Musiqili gecədə Əli Səlimlinin “Sizə salam gətirmişəm”, Xan Şuşinski “Şuşanın dağları”,  Üzeyir Hacıbəylinin “Çırpınırdı Qaradəniz”, Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə” və digər mahnı və rəqslər ifa edilib.

Filarmoniyanın solistləri Zülfiqar Mahmudov, Nərmin Hüseynova, İlkin Abdullayev, Əfsanə Babayeva tərəfindən səsləndirilən əsərlər, həmçinin rəqs qrupunun çıxışları qardaş ölkənin sənətsevərləri tərəfindən alqışlarla qarşılanıb.