Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Dövlət Filarmoniyası Van şəhərində geniş konsert proqramı ilə çıxış edib

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs qrupu və solistləri Türkiyə Respublikasının Van şəhərində fəaliyyətə başlayacaq Azərbaycan Dərnəyinin açılış mərasimində geniş konsert proqramı ilə çıxış ediblər.
Konsert Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs qrupunun baletmeysteri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Tamerlan Bağırovun rəhbərliyi ilə təqdim olunub.
Belə ki, solistlərdən Bəhruz Quliyev , Əfsanə Babayeva və rəqs qrupunun ifasında “Salam gətirmişəm”, “İncəlik”, “Azərbaycan”, “Naz eləmə”, Sarı gəlin, “Ey Vətən” və digər musiqi və rəqs nömrələri təqdim olunub.
Təqdim olunan nömrələr tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.