Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri “26 İyun - Silahlı Qüvvələr Günü”nə həsr olunmuş konsert proqramı ilə Ordubad Rayon Mədəniyyət Sarayında çıxış edib.
Konsert, orkestrin dirijoru və bədii rəhbəri, Prezident mükafatçısı Cahangir Qurbanovun rəhbərliyi ilə təqdim olunub.
Kamera orkestrinin müşayiətilə Azərbaycan Respublikasının Əməkdar artistləri-Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri- Ruhiyyə Hüseynova, Zülfiqar Mahmudov, Prezident mükafatçıları İlkin Abdullayev, Nərmin Hüseynovla yanaşı Emin Hüseynovun ifalarında “Zəfər himni”, “Azərbaycan”, “Qalib sərkərdə”, “Aşıq sayağı”, “İlhamla sabaha” və digər musiqi nömrələri təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.