
Noyabrın 4-də Türkiyə Respublikasının İğdır şəhərində 8 Noyabr – Zəfər Gününə və “Xarıbülbül” sərgisinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, İğdır Valiliyi və İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilən tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Türkiyənin Qars şəhərindəki Azərbaycan Respublikasının baş konsulu Qoşqar Zeynalov, İğdır valisi Ziya Polat, İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar və Vətən müharibəsi şəhidi Elçin İbrahimlinin anası çıxış ediblər.
Daha sonra Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının kollektivi konsert proqramı ilə çıxış edib. Azərbaycan xalq və bəstəkar mahnıları, milli rəqslər və musiqi nümunələri alqışlarla qarşılanıb.
.jpeg)
.jpeg)