Naxçıvan Dövlət Filarmoniyasının solistləri 8 Noyabr Zəfər Gününə həsr olunmuş konsertdə rəngarəng musiqi nömrələrilə çıxış edib.
Belə ki Azərbaycan Respublikasının Əməkdar artistləri - Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, Mübariz Əsgərov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri - Zülfiqar Mahmudov, Ruhiyyə Hüseynova, Xatirə Səfərova, Prezident mükafatçıları - İlkin Abdullayev, Cəfər Tağıyev, Nərmin Hüseynova, İsrafil Qibləliyevlə yanaşı Emin Hüseynov, Əfsanə Babayeva, Hüseyn Qasımov, Zamin Vəliyev, Məhərrəm Quliyev, Samiddin Vəliyev, Bəhruz Quliyevin ifalarında “Azərbaycan”, “Ey Vətən”, “Bura Vətəndir”, “Mehriban olaq”, “Qarabağ Azərbaycandır”, “Odlar yurdu Azərbaycan”, “Yaşa mənim xalqım”, “Vətənim Azərbaycan”, “Azərbaycan - Türkiyə”, “El mənimdir”, “Qalib sərkərdə” və digər musiqi nömrələri təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.