Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivi “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş konsert proqramı ilə çıxış edib

Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konser orkestrin dirijoru və bədii rəhbəri, Prezident mükafatçısı Hakim Məmmədovun rəhbərliyi ilə təqdim olunub.
Xalq Çalğı Alətləri orkestrinin müşaiyətilə Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri- Ruhiyyə Hüseynova, Zülfiqar Mahmudov, Prezident mükafatçıları İlkin Abdullayev, Nərmin Hüseynovla yanaşı Bəhruz Quliyev, Emin Hüseynovun ifalarında “Adın şöhrət şan yerimiz”, “Ana torpaq”, “Qarabağ”, “Azərbaycan”, “Nə Gözəldir Azərbaycan”, “Xarı bülbül” və digər musiqi nömrələri təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.