Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivi Ramiz Mirişlinin əsərlərindən ibarət konsert proqramı ilə Şahbuz Rayon Mədəniyyət Sarayında çıxış edib

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Orkestrin bədii rəhbəri-dirijoru Prezident mükafatçısı Hakim Məmmədovun və Prezident mükafatçısı İlhamə Şirəliyevanın rəhbərliyi ilə keçirilən konsertdə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisləri-Ruhiyyə Hüseynova,Xatirə Səfərova, Prezident mükafatçıları İlkin Abdullayev, Nərmin Hüseynova, İsrafil Qibləliyevlə yanaşı ,Əfsanə Babayeva, Bəhruz Quliyev ifalarında “Məşəl kimi yanan ürək”, “Bir könül sındırmışam”, “İlk sevgim”, “Səadət”, “Xəyala döndü”, “Bir xumar baxışla”, “Oxu bülbül” və digər musiqi nömrələri təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb