Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Çuvaşiya Respublikasının Çeboksari şəhərində “Nağıllar karuseli” adlı V Beynəlxalq Çeboksari Kukla Teatrları Festivalında və “Biz hamımız eyni olmağaməcbur deyilik” adlı teatr-forumda təmsil olunub.
Teatrın direktoru xalq artisti Şirzad Abutalıbovun da iştirak etdiyi festivalda dramaturq Vüqar Haqverdiyevin "Saçları səməni oğlan" tamaşası videoformatda qonaqlara nümayiş olunub. Festivalın bağlanış mərasimində festival təşkilatçılarında olan Çuvaşiya Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Yelena Abramovaya Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Dövlət Kukla Teatrının rəhbərliyi tərəfindən hazırlanmış "Təşəkkürnamə" təqdim olunub.
Qeyd edək ki, festival və teatr-forum 16-19 avqust tarixlərində keçirilib.