
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində teatrların ölkədaxili qastrol səfərləri gerçəkləşir.
Layihə çərçivəsində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Salyan Dövlət Kukla Teatrında Kəmalə Ağayevanın "Tık-tık" xanım tamaşasını nümayiş etdirib. Salyanlı teatrsevərlər tərəfindən maraqla izlənilən tamaşanın quruluşçu rejissoru Xalq artisti Şirzad Abutalıbov, quruluşcu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Rafael Qədimov, bəstəkarı Əli Məmmədovdur.
Tamaşada qəhrəmanları Əfqanə Ələsgərova, İlqar Babayev, İbad Nəbiyev, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova və Sənan Abutalıbov canlandırıblar.
Alqışlarla qarşılanan tamaşa balaca teatrsevərlərə xoş anlar yaşadıb.